İsrail Silahlı qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ordunu yüksək hazırlıq vəziyyətinə gətirib. İranla müharibənin yenilənməsi hazırlıqlarına başlanılıb.
Manset.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“ABŞ-İran danışıqlarının pozulması fonunda İsrail ordusu yenidən strukturlaşdırılmış döyüş rejiminə keçir. Hərbi kəşfiyyat zərbələr üçün hədəf bankının formalaşdırılmasını sürətləndirir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, İsrailin bir sıra şəhərlərində Müstəqillik Günü ilə bağlı tədbirlərin keçirilməsi ləğv edilib.