Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1968-ci il təvəllüdlü Qardaşxanova Natəvan Adil qızı və 1986-cı il təvəllüdlü Qardaşxanova Nuranə Cabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.