Fransanın Meurthe-et-Moselle əyalətində iki hərbi təyyarə havada toqquşub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarələrdən birini idarə edən pilot özünü havadan atıb. Digər təyyarədəki təlimatçı və tələbə pilotun axtarışları davam etdirilir.
Qəzada can itkisi ilə bağlı məlumat verilməyib.
Hadisənin səbəblərini araşdırılır.
Manşet.az