Pakistanın Pəncab əyalətində polis maşınlarına raket hücumu olunub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 12 polis ölüb, 7 polis əməkdaşı yaralanıb.
Pakistanın daxili işlər naziri Muhsin Naqvi hücumu pisləyib və həyatını itirən polis əməkdaşlarına başsağlığı verib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.