“Eurovision-2025”in təşkilatçıları beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi yeri açıqlayıb.
Manset.az bu barədə Avropa Yayım Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 69-cu “Eurovision” yarışı İsveçrənin Bazel şəhərində baş tutacaq.
Bu il İsveçin Malmö şəhərində keçirilən müsabiqədə isveçrəli müğənni Nemonun "The Code" mahnısı ilə qalib gəlməsindən sonra 2025-ci ilin ev sahibi vəzifəsini İsveçrə öz üzərinə götürüb.
Qeyd edək ki, bundan öncə İsveçrə 2 dəfə, 1956-cı ildə Lys Assia və 1988-ci ildə Celine Dionun çıxışları zamanı da qalib olmuşdu.
Fidan Əliyeva
Manşet.az