Bu ölkədə qadınların mahnı oxuması qadağan edildi

14:54 - 30 Avqust 2024

Bu ölkədə qadınların mahnı oxuması qadağan edildi

Taliban hərəkatının Əfqanıstanda qadınlarla bağlı qəbul etdiyi qərarlar gündəmdən düşmür. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Yeni qaydalara görə, indi qadınlara mahnı oxumaq, ictimai yerlərdə yüksək səslə hər hansı bir şey söyləmək və evdən kənarda üzlərini göstərmək qadağandır.

Mənbələr bildirir ki, qanun qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) bu qanunu sərt tənqid edib. 

Lakin Talibandan verilən rəsmi açıqlamadan sonra məlum olub ki, bu tənqid heç bir işə yaramayıb:

"BMT-nin Əfqanıstana Yardım Missiyası Əfqanıstanı Qərb ideologiyası ilə müqayisə etməməlidir. Bu şəriət qanununu tənqid edən hər kəs İslamı tənqid etmiş olur. Bildirmək istəyirəm ki, BMT-nin Yardım Missiyası bizim qəbul etdiyimiz qanunu pislədikdən sonra onunla əməkdaşlığımıza son veririk".

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az