Hizbullahın yeni lideri məlum oldu

10:00 - 30 Sentyabr 2024

Hizbullahın yeni lideri məlum oldu

“Hizbullah” hərəkatına yeni lider təyin edilib.

 

Manset.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, hərəkatın yeni Baş katibi postuna Haşem Safi ad-Din seçilib. 

O, sentyabrın 27-də Beyruta aviazərbələr nəticəsində ölən “Hizbullah” lideri Həsən Nəsrullahın yaxın qohumudur. 

Haşem Safi ad-Din bu təyinatdan əvvəl hərəkatın İcra Şurasının rəhbəri olub. 

Xatırladaq ki, “Hizbullah” hərəkatının Mətbuat xidməti Həsən Nəsrullahın İsrail ordusunun endirdiyi aviazərbələr nəticəsində həlak olduğunu təsdiq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az