Doqquz ay ərzində Rusiyada 1,15 milyon yeni minik avtomobili satılıb.
Manset.az bu barədə rus mediasına istinadən xəbər verir.
Məlum olub ki, ruslar ən çox yanvar-sentyabr aylarında 316,6 min ədəd alınan LADA markalı avtomobillərə üstünlük verirlər. Sonrakı yerdə isə Çin brendləri - Haval (136,4 min), Chery (118,3 min), Geely (112,8 min), Changan (83,1 min), OMODA (39,6 min), EXEED (33,3 min) və Jetour (25,6 min) gəlir.