Hollandiyanın müdafiə naziri Ruben Brekelmans F-16 qırıcılarının ilk partiyasının Ukraynaya təhvil verildiyini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“İlk dəfə olaraq Ukraynaya ilk Hollandiya F-16-larının gətirildiyini rəsmi şəkildə elan edə bilərəm”, - Brekelmans bildirib.
Məlumata görə, göndərilən təyyarələrin sayı məlum deyil.
Ukraynanı F-16-larla təmin etməyi öhdəsinə götürən Hollandiya və Danimarka, ukraynalı pilotların yetişdirildiyi "F-16 koalisiyası"na rəhbərlik edir.
Xatırladaq ki, avqustun əvvəlində Danimarka Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen ilk F-16-ların Ukraynaya gəldiyini təsdiqləmişdi. Ölkə ilin sonuna qədər daha bir partiya göndərmək niyyətindədir. Ümumilikdə isə Kopenhagen Kiyevi 19 qırıcı ilə təmin edəcəyinə söz verib.
Fidan Əliyeva
Manşet.az