ABŞ-nin İsrailə bir il ərzində etdiyi hərbi yardımın miqdarı açıqlandı

16:46 - 07 Oktyabr 2024

ABŞ-nin İsrailə bir il ərzində etdiyi hərbi yardımın miqdarı açıqlandı

ABŞ 7 oktyabr 2023-cü ildən bu yana İsrailə ümumilikdə 17,9 milyard dollar hərbi yardım edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hesabatda ABŞ-nin hücumların başlamasından sonra bölgədəki hərbi əməliyyatlarını artırmaq üçün əlavə 4,86 ​​milyard dollar xərclədiyi də vurğulanıb.

Qeyd edək ki, ABŞ-nin bir il ərzində İsrailə təhvil verdiyi silahların çoxunu top mərmiləri, 2 min funtluq bunker qırıcıları və dəqiq idarə olunan bombalar təşkil edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az