Hindistanın Tamil Nadu əyalətinin Çennai şəhərində Hindistan Hərbi Hava Qüvvələrinin nümayişini izləmək üçün gedən 5 tamaşaçı istidən ölüb, 100-ə yaxın adam xəstəxanaya yerləşdirilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümünü qeyd etmək üçün Çennaydakı Marina çimərliyində tədbir keçirilib .
Tamil Nadu əyalətinin səhiyyə naziri Ma Subramanian tədbirdə 5 nəfərin isti vurması və susuzluqdan öldüyünü, 100-ə yaxın tamaşaçının isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Tədbiri təşkil edən Tamil Nadu ştatının baş naziri M.K.Stalini pis planlaşdırma, səhlənkarlıq və yanlış idarəetməyə görə tənqid ediblər.