Putin və Lukaşenko Kremldə danışıqlara başladı

16:34 - 09 Oktyabr 2024

Putin və Lukaşenko Kremldə danışıqlara başladı

Rusiya Prezidenti Vladimir Putin Kremldə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlara başlayıb.

 

Manset.az bu barədə rus mediasına istinadən xəbər verir.

Tərəflər İttifaq Dövləti çərçivəsində inteqrasiya qarşılıqlı fəaliyyətinə diqqət yetirməklə ikitərəfli strateji əməkdaşlıq və müttəfiqlik əlaqələrinin inkişafını müzakirə edəcəklər.

Bu, ilin əvvəlindən prezidentlərin sayca səkkizinci görüşüdür. Bir gün əvvəl onlar Müstəqil Dövlətlər Birliyinin sammitində iştirak ediblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az