Durov “Telegram”da 10 yeni funksiyanın işə salınacağını açıqladı

22:46 - 09 Oktyabr 2024

Durov “Telegram”da 10 yeni funksiyanın işə salınacağını açıqladı

"Telegram"da tezliklə hədiyyələr və heşteqlərə aid olan, həmçinin mesajların redaktəsi zamanı yeni imkanlar yaradan 10 yeni funksiya əlavə olunacaq.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov öz kanalında bildirib.

"Bu yenilənmələrə hədiyyələrdə beş təkmilləşdirmə, heşteqlərdə üç yenilik, mesaj göndərildikdən sonra ona multimedia materialları əlavə etmək imkanı və mesajın redaktə vaxtını görmək imkanı daxildir", - o, öz bloqunda yazıb.

Durov həmçinin öz komandasının operativliyini qeyd edib ki, onlar bir gün ərzində onun təklif etdiyi yenilənmələrin maketlərini hazırlaya biliblər.

"Təəccüblü deyil ki, "Telegram" komandası bu gün əksər mesajlaşma tətbiqlərinin necə işlədiyini formalaşdırıb və demək olar ki, kommunikasiya sahəsindəki bütün innovasiyalara öz töhfəsini verib", - o vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az