Alimlərin fikrincə, qan qrupunuz erkən insult əlaməti ola bilər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Araşdırmalar, A qan qrupu olan insanların infarkt keçirmə ehtimalının digər qan qrupları olan insanlara nisbətən yüzdə 16 faiz daha çox olduğunu ortaya qoyub.
Qan qrupları qırmızı qan hüceyrələrinin səthində olan kimyəvi müxtəlifliyi təsvir edir.
A və B şəklində tanınan bu qruplar birlikdə AB, heç biri olmadıqda isə O qrupu şəklində təsnif edilir.
