“Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov vurğulayıb ki, bu, liderlərin ilk görüşü olacaq. Bunun üçün də danışıqlarda prioritet məsələ iki ölkə arasındakı münasibətlər olacaq.