Ukrayna Kanadadan 400 milyon Kanada dolları (290,5 milyon dollar) məbləğində əlavə kredit alacaq.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“Bu gün, oktyabrın 11-də Ukraynanın maliyyə naziri Sergey Marçenko Kanada hökuməti ilə 400 milyon Kanada dolları məbləğində əlavə kredit üçün dördüncü əlavə sazişi imzalayıb”, - mətndə deyilir.
Qeyd edək ki, kredit 10 il müddətinə verilir, faiz dərəcəsi illik 1,5% təşkil edir. Güzəşt müddəti vəsaitin alındığı tarixdən 4,5 ildir.