Hava şəraiti səbəbindən 12 nəfər xəsarət aldı

17:35 - 11 Oktyabr 2024

Hava şəraiti səbəbindən 12 nəfər xəsarət aldı

Fransanı vuran "Kirk" qasırğası nəticəsində 12 nəfər xəsarət alıb, onlardan biri ağır yaralanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ağır xəsarət alan şəxs idarə etdiyi zaman avtomobilini sel suları aparıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, oktyabrın 9-u Fransada 2024-cü ilin ən yağışlı günü kimi qeydə alınıb. Gün ərzində orta yağıntı 17,7 mm olub. Bu, Milli Assambleyanın binasının qismən su altında qalmasına səbəb olub.

Bundan əlavə, çərşənbə günü axşam təxminən 67 min insan işıqsız qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az