"Rusiya yenidən “Oreşnik”dən istifadə edə bilər" - Putin

21:02 - 26 Dekabr 2024

\"Rusiya yenidən “Oreşnik”dən istifadə edə bilər\" - Putin

"Rusiya Federasiyası Ukraynadakı münaqişəyə son qoymağa çalışır"

 

Manset.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün MDB və Avrasiya İqtisadi İttifaqının iclaslarının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Putin deyib ki, Bayden ona Ukraynanın NATO-ya qəbulunu təxirə salmağı hələ 2021-ci ildə təklif edib.

Putin Rusiyanın öz ərazisinə edilən hücumlara həmişə cavab verəcəyini söyləyib.

"Lazım gələrsə, Rusiya Federasiyası yenidən Oreşnikdən istifadə edə bilər, lakin o, tələsmir", - deyə o vurğulayıb.

Putin bildirib ki, “Oreşnik” raket sistemlərinin sayı çox deyil, lakin onlar mövcuddur: "Daha güclü orta mənzilli silahlardan istifadə etmək zərurəti yaranarsa, biz onlardan istifadə edəcəyik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az