ABŞ-də TikTok qadağası təxirə salınacaq

20:15 - 19 Yanvar 2025

ABŞ-də TikTok qadağası təxirə salınacaq

ABŞ-ın yeni Prezidenti Donald Trampın ilk sərəncamlarından biri TikTok-la bağlı olacaq.

 

Manset.az-ın xəbərinə görə, bu barədə Donald Tramp paylaşımında bildirib.

Donald Tramp bəyan edib ki, 20 yanvarda ABŞ-da TikTok-a qadağanın təxirə salınması barədə sərəncam imzalayacaq.

Qeyd edək ki, bu gün ABŞ-da “TikTok” bağlanıb. ABŞ-da 170 milyona yaxın istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün bu ölkədə fəaliyyətini dayandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az