Misir və Rusiya prezidentləri arasında telefon danışığı oldu

21:00 - 21 Yanvar 2025

Misir və Rusiya prezidentləri arasında telefon danışığı oldu

Misir Prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Misir liderinin ofisi məlumat yayıb.

“Danışıqlar zamanı tərəflər Misir və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi yollarını, xüsusən Süveyş kanalı sahillərində Rusiya sənaye zonası layihəsini, həmçinin “Əl-Dəbaa” AES-in tikintisini müzakirə ediblər”, - Misir prezidentinin rəsmi nümayəndəsi Məhəmməd əş-Şinavi sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib və bir sıra mövzulara, o cümlədən Qəzza zolağında atəşkəs razılaşmasına, Livan və Suriyadakı mövcud vəziyyətə toxunublar.

Əş-Şinavi bildirib ki, tərəflər həmçinin bir sıra məsələləri, o cümlədən Ukraynadakı münaqişə zonasında baş verən son hadisələri müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az