ABŞ Daxili Təhlükəsizlik Departamentinin verdiyi məlumata görə, ABŞ-da qeyri-qanuni olan 131 Mərkəzi Asiya miqrantı iki ölkə arasında əldə olunan razılaşmaya əsasən Özbəkistana deportasiya edilib.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, departamentdən verilən məlumata görə, deportasiya olunanlar Özbəkistan, Qırğızıstan və Qazaxıstandandır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp genişmiqyaslı repressiyaların bir hissəsi olaraq ABŞ-da qeyri-qanuni yaşayan milyonlarla immiqrantı deportasiya edəcəyinə söz verib.
Onun administrasiyası miqrantları Qərb yarımkürəsində üçüncü ölkələrə deportasiya etmək üçün yeni marşrutlar hazırlayıb və bu yaxınlarda bir iraqlını Ruandaya qovub.
Yeganə