Türkiyədə keçiriləcək danışıqlarda Putinin iştirak etməyəcəyi məlum olub.
Manset.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Putin uyğun bildiyi zaman Türkiyədəki danışıqlarda Rusiyanı kimin təmsil edəcəyini elan edəcəyik”, – deyə Kreml bəyan edib.
Beləliklə, Vladimir Putinin İstanbul danışıqlarında şəxsən iştirak etməyəcəyi rəsmən təsdiqlənib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqları ilə bağlı açıqlama verib. Dövlət başçısı bildirib ki, danışıqlarda yalnız Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə razıdır.
“Mən yalnız Putinlə İstanbulda görüşəcəyəm. Rusiya nümayəndə heyətindən heç kimlə görüşməyəcəyəm”, – deyə Zelenski vurğulayıb.