ABŞ Dövlət Departamenti Türkiyəyə raket satışına icazə verdiyini açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, açıqlamada, qabaqcıl orta mənzilli hava raketləri və qısa mənzilli raketlər ilə əlaqədar logistika və proqram dəstək elementlərinin təqdim ediləcəyi bildirilib.
Bildirilib ki, satışla bağlı Konqresə də məlumat verilib.
Müvafiq olaraq, ABŞ Dövlət Departamenti ümumi dəyəri təxminən 225 milyon dollar olan 53 ədəd AIM-120C-8 Advanced Medium Menzilli Hava-Hava Raketləri (AMRAAM) və 6 AIM-120C-8 AMRAAM idarəedici sistemlərinin satışını təsdiqləyib. Bundan əlavə, nazirlik ümumi dəyəri 79,1 milyon ABŞ dolları olan 60 ədəd AIM-9X Sidewinder Block II raketlərinin və müvafiq logistika və proqram təminatı elementlərinin və 11 ədəd AIM-9X Block II Taktiki idarəedici qurğunun satışına icazə verib.