Türkiyədə dəhşətli qəza - Polis əməkdaşı şəhid oldu

11:34 - 30 Mart 2026

Türkiyədə dəhşətli qəza - Polis əməkdaşı şəhid oldu

İstanbulun Başakşehir rayonunda leysan yağış səbəbilə polis əməkdaşlarını daşıyan xidməti avtomobilin də iştirak etdiyi zəncirvari qəza baş verib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kuzey Marmara avtomobil yolunda polis xidməti mikroavtobusunun qarışdığı zəncirvari qəza səhər saatlarında olub. Yağış səbəbindən sürüşkənən yolda polis xidməti mikroavtobusu ilə avtomobil qəza törədib. Polis mikroavtobusu dəmir maneəyə çırpılaraq dayansa da, avtomobil yoldan çıxıb.


Hadisədə mikroavtobusda olan 1 polis əməkdaşı şəhid olub, 16 polis əməkdaşı isə yaralanıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az