Meksikada magistral yolda beton qarışdıran, avtobus və mikroavtobus toqquşub.
Manset.az-ın əldə etdiyi məlumata görə, toqquşması nəticəsində 21 nəfər ölüb.
Yerli media bildirir ki, betonqarışdıran maşını ötmək istəyərkən qarşı zolağa keçib, avtobusa, daha sonra mikroavtobusa çırpılıb, xəndəyə yuvarlanıb və yanğın başlayıb. Bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qrupları göndərilib.
Puebla ştatının daxili işlər naziri Samuel Aqilar sosial mediada ən azı 21 nəfərin həyatını itirdiyini, yaralıların xəstəxanalara aparıldığını açıqlayıb.