"Rusiya və Ukrayna davamlı sülhə nail olacaqlar" - Hakan Fidan

16:04 - 15 May 2025

\"Rusiya və Ukrayna davamlı sülhə nail olacaqlar\" - Hakan Fidan

Türkiyə xarici işlər naziri Hakan Fidan keçirilən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısından sonra açıqlama verib.


Manset.az Haber Globala istinadən xəbər verir ki, Rusiya və Ukrayna inşallah qalıcı sülhə qovuşacağını deyib.

Suriyadakı son vəziyyətlə bağlı açıqlamalar verən Fidan, "SDG-nin verdiyi vədlərin tutulmasını gözləyirik" deyə- qeyd edib.

"Türkiyə olaraq Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Biz birbaşa danışıqlara ev sahibliyi etməyə hazır olduğumuzu bildirdik. Bu gün Zelenski prezidentimizlə danışıqlar aparır. İnanıram ki, ümidli olmaq üçün kifayət qədər səbəbimiz var. Rusiya və Ukrayna ümid edirik ki, davamlı sülhə nail olacaqlar". 

Antalyada ikitərəfli görüşlərimiz zamanı Qəzzadakı vəziyyəti də müzakirə etdik. Həmas-ın girov götürdüyü ABŞ vətəndaşını azad etməsi mühüm addımdır. Biz atəşkəs üçün bütün səyləri dəstəkləməyə davam edəcəyik. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv