ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində idman zalında baş verən atışmada hücum edən şəxs də daxil olmaqla azı iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Las-Veqas polisinin kapitanı Esmeralda Boveda bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək, idman zalının qapısında odlu silahla dayanmış bir kişini aşkarlayıblar. Atıcı binadan qaçıb, polis əməkdaşları ona atəş açıb, sonra isə onu saxlayıblar.
"Tibb işçiləri gəlib və şübhəli şəxsi xəstəxanaya aparıblar, o, sonra orada ölüb. Atışma zamanı ölən şəxsin meyiti də hadisə yerində, binanın içərisində tapılıb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır", - Boveda bildirib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.