ABŞ-ın mərkəzi və şərq ştatlarını təsir edən güclü qasırğa və tornadolar nəticəsində ümumilikdə 23 nəfər həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kentukkidə 14, Missuridə 7, Virciniyada isə 2 nəfər ölüb.
Fırtına və dolu səbəbindən minlərlə evə ziyan dəyib, ağaclar aşıb, elektrik xətləri qırılıb.
Miçiqandan Tennessiyə qədər 600 min insan işıqsız qalıb.