Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb.
Manset.az xəbər verir ki, ümumilikdə ölkədə 19 minə yaxın seçki məntəqəsi açılıb.
Seçkilərdə iştirak etmək üçün 18 milyona yaxın seçici qeydiyyatdan keçib.
Rumıniyanın ali dövlət postu uğrunda iki namizəd - sağçı “Rumınların Birləşməsi Alyansı”nın (AUR) lideri Corc Simion və Buxarestin hazırkı meri Nikuşor Dan mübarizə aparır.
Səsvermənin nəticələrinə əsasən, Rumıniya Prezidenti 5 il müddətinə seçiləcək.