Argentinada daşqınlar - Minlərlə insan təxliyə edildi

10:26 - 18 May 2025

Argentinada daşqınlar - Minlərlə insan təxliyə edildi

Argentinanın paytaxtı Buenos-Ayresin şəhərətrafı qəsəbələrində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib.

 

Manset.az xəbər verir ki, üç nəfər itkin düşənlər siyahısındadır. Təxliyə edilənlərdən bəziləri fəlakət bölgəsini özbaşına tərk edib.

Mayın 17-dən Buenos-Ayres və onun ətraf ərazilərində güclü yağışlar davam edir. Bu müddət ərzində 400 mm-dən çox yağıntı düşüb. Əyalət hökuməti xəbərdarlıq edib ki, gözlənilən qasırğalı küləklər, yağış və ildırım çaxması səbəbindən təsirlənmiş ərazilərdə qırmızı təhlükə davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az