Mask Tramp administrasiyasını tərk edir 

09:09 - 29 May 2025

Mask Tramp administrasiyasını tərk edir 

Amerikalı milyarder və sahibkar Elon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etdiyi Donald Tramp administrasiyasını tərk edir.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Associated Press" agentliyi  Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.

"Xüsusi hökumət işçisi kimi planlaşdırdığım müddət sona çatdığı üçün israfçı xərclərin azaldılmasına imkan yaratdığına görə prezident Donald Trampa təşəkkür edirəm", – Mask sosial şəbəkə platforması X-dəki paylaşımında bildirib. O, əlavə edib ki, DOGE missiyası zaman keçdikcə güclənəcək və hökumətdə həyat tərzinə çevriləcək".

Qeyd edək ki, Mask bu qərarını CBS telekanalına verdiyi müsahibədən bir gün sonra açıqlayıb. Milyarder Tramp administrasiyası tərəfindən irəli sürülən və Nümayəndələr Palatasının dəstəklədiyi dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etmişdi.

Xatırladaq ki, bu ilin aprelində Mask may ayından etibarən ABŞ Hökumətinin Səmərəliliyi Departamentində fəaliyyətini azaldacağını açıqlamışdı. Bu bəyanat Tesla şirkətinin 2025-ci ilin birinci rübündə xalis gəlirinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 71% azalmasından sonra səsləndirilmişdi. Analitiklər bu azalmaya Maskın DOGE rəhbəri kimi siyasi fəaliyyətinin brendə mənfi təsirini səbəb kimi göstərirlər.

Mayın 24-də sosial şəbəkə platforması X-də baş verən ciddi texniki fasilələrdən sonra Mask biznesinə daha çox diqqət yetirmək niyyətində olduğunu açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv