İsveçrənin Vale kantonunda yerləşən Blatten kəndi Alp dağlarından qopan buzlaqın səbəb olduğu torpaq sürüşməsi nəticəsində dağılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Lötschental vadisində baş verib.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, torpaq sürüşməsi nəticəsində kənd ciddi ziyan görüb. Hazırda bir nəfər itkin düşmüş hesab olunur.
Səlahiyyətlilər bildiriblər ki, təhlükəsizlik tədbirləri çərçivəsində, 200 nəfər əhalisi olan kənd mayın 19-da təxliyə edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.