"Rusiya danışıqlara hazırdır" - Kreml açıqladı

14:22 - 30 May 2025

\"Rusiya danışıqlara hazırdır\" - Kreml açıqladı

İstanbulda keçiriləcək Rusiya-Ukrayna sülh danışıqlarının ikinci raundu ilə bağlı Rusiyadan açıqlama verilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti bəyanat yayıb.

“Rusiya heyəti iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqların ikinci raunduna hazır olacaq. Prezident Vladimir Putin həm Ukrayna, həm də ABŞ liderləri ilə təkbətək görüşlərin mümkünlüyünü dəstəkləyir. Bu cür təmaslar əvvəlcədən ciddi hazırlıq tələb edir”, – Kremlin açıqlamasında qeyd olunub.

Danışıqlara dair Türkiyədən də rəsmi açıqlama gəlib. Xarici işlər naziri Hakan Fidan bildirib ki, İstanbulda baş tutacaq görüş Tramp, Putin və Zelenski arasında, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilə bilər.

“İstanbulda keçiriləcək danışıqların Tramp, Putin və Zelenskinin cənab Ərdoğanın ev sahibliyi ilə bir araya gəlməsi ilə baş tutması ehtimalını mümkün hesab edirik”, – Fidan qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv