Husilər İsraildə hava limanına zərbələr endirdilər

20:52 - 01 İyun 2025

Husilər İsraildə hava limanına zərbələr endirdilər

Yəmənin Ənsar Allah (husilər) üsyançı hərəkatının tərəfdarları Təl-Əvivdə Ben Qurion hava limanına hücum ediblər.


Manset.az xəbər verir ki, bu barədə "Al Masirah" husilərin sözçüsü Yəhya Sariaya istinadla məlumat yayıb.

"Raket qüvvələri hərbi əməliyyat keçirib, bu zaman onlar hipersəs ballistik raketdən istifadə edərək hava limanına hücum ediblər", - o deyib.

Sarianın sözlərinə görə, İsraildə daha üç hədəfə zərbələr endirilib.

Qeyd edək ki, husilər mayın 29-da oxşar bəyanatla çıxış ediblər .


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv