Zelenski bugünkü əməliyyata görə ona təşəkkür etdi

23:47 - 01 İyun 2025

Zelenski bugünkü əməliyyata görə ona təşəkkür etdi

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukla görüşünü əks etdirən fotoşəkil paylaşaraq keçirilən uğurlu əməliyyata görə ona təşəkkür edib.


Manset.az xəbər verir ki, Zelenski Rusiya aviasiyasının bugünkü kütləvi məğlubiyyətini müharibə zamanı ölkənin ən uzun mənzilli əməliyyatı adlandırıb.

O həmçinin Malyuka əməliyyatın açıqlana biləcək təfərrüatları və nəticələri barədə ictimaiyyətə məlumat verilməsini tapşırıb.

Zelenskinin sözlərinə görə, planlaşdırmanın əvvəlindən əməliyyatın effektiv həyata keçirilməsinə qədər bir il, altı ay və doqquz gün keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv