Səudiyyə Ərəbistanı 75 min zəvvarı geri qaytardı

09:29 - 02 İyun 2025

Səudiyyə Ərəbistanı 75 min zəvvarı geri qaytardı

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi Həcc mövsümündə icazəsiz Məkkəyə daxil olmaq istəyən 75 min 943 nəfərin geri göndərildiyini açıqlayıb.



Manset.az-ın əldə etdiyi məlumata görə, həmçinin 270 minə yaxın şəxsin Həcc sənədi olmadığından şəhərə buraxılmadığı bildirilib.

Yoxlamalar zamanı 252 saxta Həcc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkarlanıb.

Təhlükəsizliyin təmin olunması üçün pilotsuz uçuş aparatları, süni intellekt sistemləri və müşahidə kameralarından istifadə olunur. Bu il ilk dəfə yanğınsöndürmə və xilasetmədə “Sakr” adlı xüsusi pilotsuz təyyarələr tətbiq ediləcək.

Rəsmilər 2025-ci il Həcc mövsümündə xaricdən gələn zəvvarların sayının artıq 1,47 milyonu keçdiyini bildiriblər. Kral Salmanın xüsusi proqramı çərçivəsində 1000 fələstinli zəvvarın da qəbul ediləcəyi qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv