Britaniya Rusiyanın bölgədəki hərbi mövcudluğuna görə Arktikada daimi olaraq qoşun yerləşdirmək istəyir.
Manset.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
“Arktika sürətlə geosiyasi rəqabət zonasına və NATO-nun müdafiə sisteminin mühüm hissəsinə çevrilir”. Rusiya uzun illərdir ki, burada hərbi mövcudluğunu artırır. Buna görə də biz Arktikada təhlükələri cilovlamaq üçün addımlar atmalıyıq”, - Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.
"Böyük Britaniya kontingentinin Londonun fəal şəkildə hərbi əməkdaşlığı inkişaf etdirdiyi Norveçdə yerləşdirilməsi mümkündür".