Məşhur iş adamı vəfat etdi - FOTO

14:46 - 02 İyun 2025

Məşhur iş adamı vəfat etdi - FOTO

Türkiyəli iş adamı, GAMA Holdinqin İdarə Heyətinin üzvü Uğur Yurdakul vəfat edib.



Manset.az xəbər verir ki, bu barədə mərhumun qızı Berrak Yurdakul sosial şəbəkə hesabında açıqlama verib.

Qeyd edək ki, Uğur Yurdakul bu ilin mart ayında qızı Ayşe Deniz Yurdakulu itirib. Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ayşe Yurdakul mart ayında dünyasını dəyişib.

Uğur Yurdakulun ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yaxın günlərdə dəfn mərasimi ilə bağlı əlavə məlumatın paylaşılacağı gözlənilir.

İş dünyasında uzun illər mühüm vəzifələrdə çalışan Uğur Yurdakul, xüsusilə GAMA Holdinqdəki fəaliyyəti ilə tanınırdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv