Dünya 2 yaşlı dahidən danışır - Bu təşkilata qəbul edildi

15:15 - 02 İyun 2025

Dünya 2 yaşlı dahidən danışır - Bu təşkilata qəbul edildi

Böyük Britaniyada yaşayan 2 yaşlı Harris-Birtill yüksək intellekt səviyyəsi ilə Mensa təşkilatına (Yüksək zəkalı insanları bir araya toplayan tanınmış təşkilat) üzv qəbul edilib. O, bu təşkilatın tarixində ən gənc üzv olub.



Manset.az xəbər verir ki, Joseph Harris-Birtill hələ yaşıdları əlifbanı öyrənməyə çalışarkən, kitabları başdan sona oxuya bilir. Hazırda isə Mors əlifbası, yunan hərfləri və periodik cədvələ maraq göstərir.

Uşağın Mensa-ya qəbulu 2 yaş 182 günlük olarkən baş tutub. Bu, təşkilat tarixində rekord göstəricidir.

Valideynləri Rose və David Harris-Birtill övladlarının qeyri-adi zehni inkişafını müşahidə etdikdən sonra Mensa-nın Böyük Britaniya bölməsinə müraciət ediblər.

Qeyd edək ki, Mensa yalnız IQ testində ən yüksək 2 faizliyə düşən şəxsləri qəbul edir.

Anası Rose Harris-Birtill Guinness Rekordlar Kitabına verdiyi müsahibədə deyib:

“Joseph cəmi 5 həftəliyində dönməyə başladı, 7 aylığında ilk sözünü dedi. 21 aylığında isə ilk kitabını başdan sona səsli oxudu.”

Məlumata görə, Joseph 2 yaş 3 aylığında artıq 5 dildə 10-a qədər saya, 100-dən çox geri və irəli sayma edə və fasiləsiz 10 dəqiqə səsli oxu həyata keçirə bilirdi.

Mütəxəssislər bildirirlər ki, mövcud təhsil sistemləri daha çox standartdan aşağı səviyyədə olan şagirdlərə fokuslandığı üçün istedadlı uşaqlar üçün uyğun resurslar azlıq təşkil edir. Joseph-in valideynləri bu potensial çətinlikləri nəzərə alaraq Mensa-dan məsləhət alıblar.

Anası Rose bildirib:

“Mensa”nın istedadlı uşaqlara dəstək verdiyini görəndə müraciət etdim. Ümid edirik ki, bu uğur onun üçün gələcəkdə qürur mənbəyinə çevriləcək.”

Mütəxəssislərə görə, Joseph kimi zəka səviyyəsinə malik uşaqlar dünyada orta hesabla hər 5-10 milyon doğumda bir dəfə rast gəlinən nadir hallardır. Bu cür potensial həm genetik, həm də mühit faktorlarının birləşməsi ilə formalaşır.

Artıq erkən yaşlarından akademik bacarıqları ilə seçilən Joseph-in ailəsinin dəstəyi ilə bu potensialını daha da inkişaf etdirəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv