"Google"un səhvi bu ölkədə nəqliyyatı iflic etdi

16:04 - 02 İyun 2025

\"Google\"un səhvi bu ölkədə nəqliyyatı iflic etdi

Almaniyanın avtomobil yolları ötən günlərdə gözlənilməz bir nəqliyyat xaosu ilə qarşılaşıb. Problem nə terror hücumu, nə də təbii fəlakətlə bağlı idi – səbəb Google Maps tətbiqinin yolları səhvən bağlı kimi göstərməsi olub.



Manset.az xəbər verir ki, xüsusilə dörd günlük “İsanın Göyə Ucalması” adlı xristian bayramı tətili ilə eyni vaxta təsadüf edən bu texniki nasazlıq, vəziyyəti daha da çətinləşdirib.

Almaniyanın qərb, şimal, cənub-qərb və mərkəzi bölgələrində minlərlə sürücü Google Maps tətbiqində qarşılarına çıxan qırmızı rəngli "bağlı yol" işarələri ilə şoka düşüblər. Otoyolların əksəriyyəti xəritədə sanki bağlıymış kimi təqdim olunub. Hətta bu səhv Belçika və Hollandiyanın bəzi hissələrinə də təsir edib.

Sürücülər gerçəkdə bağlı olmayan yolların əvəzinə, Google-un yönləndirdiyi alternativ marşrutlara keçiblər. Nəticədə dar yollar və tali yollar üzərində sıxlıq, uzun tıxaclar və minlərlə insan üçün gərgin səyahət şəraiti yaranıb.

Qeyd edək ki, bu problem yalnız Google Maps istifadəçilərinə təsir edib. Apple Maps, Waze və rəsmi nəqliyyat sistemləri yolların açıq olduğunu düzgün şəkildə göstərib.

Təxminən iki saat davam edən bu nasazlıqla bağlı Google ətraflı açıqlama verməkdən yayınsa da, şirkətin sözçüsü bildirib ki, xəritədə yolların müvəqqəti olaraq səhv bağlanmış kimi göstərilməsinə səbəb olan texniki bir problem aşkarlanıb və artıq həmin xəta aradan qaldırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv