Alimlər siçanın ömrünü bu dərmanla uzatmağı bacardılar

16:16 - 02 İyun 2025

Alimlər siçanın ömrünü bu dərmanla uzatmağı bacardılar

Avropalı alimlər iki xərçəng dərmanından ibarət “yaşlanma əleyhinə kokteyl” hazırlayaraq siçanlar üzərində sınaqdan keçirdilər və həyat müddətini orta hesabla 30% artırıblar.



Manset.az xəbər verir ki, tədqiqat "Nature Aging" jurnalında dərc olunub.

Almaniyadakı Max Planck Yaşlanma Biologiyası İnstitutunun tədqiqatına görə, rapamisin və trametinib adlı dərmanlar bir yerdə istifadə olunduqda, həm ömrü uzadıb, həm də yaşlılıqla bağlı xəstəlikləri gecikdirib.

Kokteyli alan siçanlarda şişlərin yaranması azaldı, iltihab zəiflədi, ürək funksiyaları qorundu və aktivlik daha uzun müddət davam edib.

Ən önəmlisi isə: heç bir əlavə yan təsir müşahidə olunmayıb. Hər iki dərman insanlarda artıq təsdiqləndiyindən, klinik sınaqların tezliklə başlaması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv