Ukrayna hər il bu qədər dron istehsal edir

16:31 - 02 İyun 2025

Ukrayna hər il bu qədər dron istehsal edir

Ukrayna müdafiə sənayesi pilotsuz uçuş aparatları (PUA) sahəsində inqilabi irəliləyiş əldə edib. Ölkə artıq havada, quruda və suda fəaliyyət göstərən müxtəlif tipli dronlar üzrə innovativ həllər inkişaf etdirir.



Manset.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Aleksandr Kozenko Sinqapurda keçirilən “Shangri-La Dialoqu” təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.

Kozenkonun sözlərinə görə, Ukraynanın müdafiə-sənaye kompleksi (ОПК) hazırda ildə 10 milyon ədəd müxtəlif dron istehsal etmək gücünə malikdir. Bu, ölkənin hərbi imkanlarında ciddi keyfiyyət dəyişikliyi yaradır.

Nazir müavini əlavə edib ki, Ukrayna ordusunun dron operatorları cəbhədə hər gün topladıqları təcrübə ilə bu texnologiyaların tətbiqi sahəsində doktrinal dəyişikliklərə imza atırlar. Onun sözlərinə görə, cəbhədəki zərbələrin 80%-i pilotsuz vasitələr tərəfindən həyata keçirilir.

Kozenko beynəlxalq müdafiə şirkətlərinə Ukrayna ilə əməkdaşlıq çağırışı da edib. O, xüsusilə birgə müəssisələrin yaradılması, maliyyələşdirmə və təcrübə mübadiləsi sahələrində Ukrayna hərbi sənayesinə investisiya yatırmağa çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv