Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

17:10 - 02 İyun 2025

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb.



Manset.az xəbər verir ki, yeni paket xam neftin tavan qiymətinin aşağı salınmasını və Rusiyanın enerji, bank sektoru ilə “kölgə donanması”na qarşı məhdudiyyətləri nəzərdə tutur.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen Berlində ABŞ senatoru Lindsey Graham ilə görüşdən sonra bildirib ki, bu addımlar ABŞ-ın tədbirləri ilə birlikdə Rusiyaya qarşı sanksiyaların təsirini artıracaq.

Qeyd edək ki, Aİ bu günə qədər Rusiya ilə bağlı 17 sanksiya paketi qəbul edib. Məhdudiyyətlər ticarət, enerji, maliyyə və digər sahələri əhatə edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv