Makronun heykəli oğurlandı

00:30 - 03 İyun 2025

Makronun heykəli oğurlandı

Fransa prezidenti Emmanuel Makronun mumdan hazırlanmış heykəli Parisdəki Qrevin muzeyindən oğurlanıb.


Manset.az xəbər verir ki, bu barədə “Franceinfo” radiosu məlumat yayıb.

Qeyd olunub ki, iki qadın və bir kişi muzey işçisi kimi geyinərək heykəli yanğın nərdivanından keçiriblər.

Daha sonra naməlum şəxs muzeylə əlaqə saxlayıb və fiquru götürdüklərini bildirib. Özünü “Greenpeace” beynəlxalq ətraf mühit təşkilatının üzvü kimi təqdim edən şəxs barədə dərhal polisə məlumat verilib. 

Mənbələrin bildirdiyinə görə, mum fiqurun dəyəri 40 min avro təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv