Kömək gözləyən dinc sakinlərə hücum - 27 ölü, 90-dan çox yaralı 

11:31 - 03 İyun 2025

Kömək gözləyən dinc sakinlərə hücum - 27 ölü, 90-dan çox yaralı 

İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində humanitar yardım gözləyən fələstinlilərə atəş açması nəticəsində 27 nəfər həlak olub, 90-dan çox insan yaralanıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Rəfah şəhərindəki “Əl-Aləm” yardım paylama məntəqəsindən təxminən 500 metr uzaqlıqda baş verib.

Bildirilib ki, İsrail əsgərləri humanitar yardım almaq üçün növbəyə durmuş mülki şəxslərə atəş açıblar.

İsrail Müdafiə Qüvvələri (IDF) isə insidentlə bağlı açıqlamasında hadisəni təsdiqləyərək, bəzi şəxslərin təyin olunmuş marşrutları pozaraq yardım məntəqəsinə doğru irəlilədiyini və əsgərlərin “şübhəli” sayılan bir neçə nəfərə atəş açdığını bildirib.

Hadisə beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla qarşılanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv