Trampın İranla bağlı açıqlaması - "Biz buna icazə verməyəcəyik"

13:01 - 03 İyun 2025

Trampın İranla bağlı açıqlaması - \"Biz buna icazə verməyəcəyik\"

ABŞ Prezidenti Donald Tramp İranla mümkün nüvə sazişi çərçivəsində Tehrana uranın zənginləşdirilməsi proqramını davam etdirməyə icazə verilməyəcəyini bəyan edib.


Manset.az xəbər verir ki, o, bu barədə şəxsi sosial media hesabında paylaşım edib.

Tramp bildirib ki, İranın uranı zənginləşdirmə proqramı əvvəlki administrasiyalar tərəfindən çoxdan dayandırılmalı idi.

“Biz İranın mümkün razılaşma çərçivəsində belə uranı zənginləşdirməsinə imkan verməyəcəyik”, – deyə ABŞ prezidenti qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv