Microsoft-un qurucusu və dünyanın ən varlı adamlarından biri Bill Qeyts sərvətinin böyük hissəsini Afrikanın inkişafına sərf etmək niyyətində olduğunu açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, bunu Afrika İttifaqının iclasında deyib.
"Mən bu yaxınlarda var-dövlətimi xeyriyyəçiliyə vermək niyyətimi bildirdim. Bu pulun böyük hissəsi Afrikadakı çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün istifadə olunacaq".
O, yaratdığı xeyriyyə təşkilatı olan "Gates Foundation" vasitəsilə Afrikaya pul yatırmağı planlaşdırır.