"WhatsApp"da yeni funksiya - Nömrənizi gizlədilə biləcəksiz

15:31 - 03 İyun 2025

\"WhatsApp\"da yeni funksiya - Nömrənizi gizlədilə biləcəksiz

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp" yeni funksiyasını istifadəyə verəcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər nömrələrini paylaşmadan, yalnız unikal istifadəçi adları vasitəsilə mesajlaşa biləcəklər.

Bu xüsusiyyət, xüsusilə işgüzar və ya yeni tanışlıqlar zamanı şəxsi nömrəsini gizlətmək istəyənlər üçün faydalı olacaq.

Hazırda sınaq mərhələsində olan funksiya WhatsApp-ın ən son iOS beta versiyası 25.17.10.70-də istifadəyə veriləcək. WABetaInfo-nun məlumatına görə, bu yenilik istifadəçiləri arzuolunmaz əlaqələrdən qorumaq məqsədi daşıyır.

Beləliklə, yaxın gələcəkdə WhatsApp-da telefon nömrənizi paylaşmadan, yalnız istifadəçi adınızla rahat şəkildə söhbət edə biləcəksiniz.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv