Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Manset.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Parlamentdə səsvermənin üçüncü turunda 529 deputat iştirak edib.
Müvafiq olaraq, Kurtulmuş 301-dən çox səslə ümumi səslərin mütləq əksəriyyətini toplayıb və üçüncü turda keçirilən səsvermədə yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.