Fransanın “PSJ” klubunun yarımmüdafiəçisi Fabian Ruizin evi qarət edilib.
Manset.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə bazar ertəsi Milanın “İnter”i ilə qalibiyyət oyunundan bir gün sonra baş verib. Cinayəti törədən iki yeniyetmə hadisə yerində yaxalanıb.
Qeyd edək ki, “PSJ” UEFA Çempionlar Liqası çərçivəsində İtaliya “İnter”ini 5:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Ruiz “PSJ”dən belə cinayətin qurbanı olan ilk futbolçu deyil. 2023-cü ildə həmin klubun qapıçısı Canluici Donnarumma silahlı hücuma məruz qalıb, evi qarət edilərək yarım milyon avro dəyərində ziyan dəyib.